Dadaşovun komandasından 4 cavabsız qol
21.08.2022 , 11:27

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə kubokunda 1/32 final oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə aşağı liqa təmsilçisi “Vettsvil-Bonştetten”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn “Qrasshopper” növbəti mərhələyə yüksəlib.
Renat bu görüşdə oynamayıb. Onun adı iştirak ərizəsində yer almayıb.
