“Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar”
Korner.az-ın məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Çixradze deyib. Topaz Premyer Liqasının 3-cü turunda “Simurq” doğma meydanda “Xəzər Lənkəran”ı məğlub edərək ardıcıl ikinci qələbəyə sevinib.
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib: “Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”
