“Çelsi”nin əfsanəvi futbolçusu Con Terri yayda klubunu dəyişə bilər.
Korner.az-ın məlumatına görə, Çinin “Quançjou Everqrand” klubu onun xidmətində maraqlıdır.
“Daily Mail” iddia edir ki, çinlilər 35 yaşlı kapitana illik 8 milyon funt təklif edirlər.
“Quançjou Everqrand”nun hazırkı çalışdırıcısı “Çelsi”nin sabiq baş məşqçisi Luis Felipe Skolaridir.