Futbola böyük investisiya qoyan Çin hökuməti Avropadan hakim transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, Çinin bu dəfəki hədəfi Mark Klatenburqdur.
Bir neçə gün əvvəl dünyada ilin ən yaxşı hakimi seçilən Mark Klatenburq keçən mövsüm “FA Cup”, Avropa Çempionatı və Çempionlar liqası turnirlərinin final görüşlərini idarə etmişdi.