Türkiyə Superliqasında IX turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” doğma meydanda “Əskişəhərspor”u qəbul edib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Hesabı 46-cı dəqiqədə “Sivasspor” açsa da, oyunun 90+4-cü dəqiqəsində fərqlənən “Əskişəhərspor” bərabərliyi təmin edib. Özkara isə oyuna 56-cı dəqiqədə Mehdi Tauilin əvəzinə daxil olub. Beləliklə də, Özkara bu mövsüm çempionatda ilk oyununa çıxıb.
Qeyd edək ki, “Sivasspor” 9 turdan sonra 6 xalla turnir cədvəlinin 17-ci pilləsində yer alır.
