“Çelsi” yeni futbolçu transfer edir
14.08.2023 , 12:57

“Çelsi” heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.
Korner.az xəbər verir ki, “zadəganlar” “Brayton”dan Moyses Kaysedo ilə razılaşıb.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun xəbərinə görə, kolumbiyalı yarımmüdafiəçinin London klubu ilə 7+1 illik müqavilə imzalayacağı gözlənilir.
