“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” klubun bazasında bərbərlik edən Ahmed Alsanavini qovub
London təmsilçisinin bu addımı atmasına səbəb Alsanavinin oyunçularla çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşması olub.
Bərbərin bundan başqa, futbolçulardan aldığı imzalı formanı də sosial mediada paylaşaraq özünü reklam etməsinin “Çelsi” rəhbərliyinin narazılığına səbəb olduğu bildirilir.
A.Alsanavinin bəzi vaxtlar oyundan əvvəl bazaya gedib futbolçularla söhbət etməsi də klub tərəfindən narazılıqla qarşılanıb.