“CBC Sport” telekanalı noyabrın 1-dən “Azerispace” peykindən yayıma başlayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə “Report”a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, “CBC Sport”un test yayımı növbəti ayın ilk günündən məhdudiyyətsiz yayımla əvəzlənəcək: “Bəzi bölgələrimizdə telekanalımızı izləyə bilməyənlərin narahatlıqlarını başa düşürük. Noyabrın 1-dən hər kəs adi və peyk antenləri vasitəsilə verilişlərimizi sutkaboyu izləyə bilər”.
Qeyd edək ki, “CBC Sport” oktyabrın 1-dən test yayımına başlayıb.