Bəybalayevli “Telavi” öz meydanında uduzdu
09.04.2021 , 12:14
Gürcüstan çempionatında VII turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” doğma meydanda Batumi “Dinamo”suna uduzub – 1:2.
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Telavi” 7 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.