Burak Yılmaz karyerasını bitirdiyini açıqladı
05.06.2023 , 22:18

Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz peşəkar futbolçu karyerasını bitirdiyini bəyan edib.
Korner.az xəbər verir ki, bu barədə futbolçu mətbuata açıqlamasında deyib:
“Niyə bu gün mətbuat konfransı keçiririk? Dünyanın ən böyük futbolçularından biri Zalatan İbrahimoviç dünən axşam stadionda futbolla vidalaşdı. Sosial media vasitəsilə ayrıldığımı açıqlamaq mənə yaraşmazdı. Bunun karyerama uyğun olmadığını düşündüm. Mən həmişə təkbətək ünsiyyətə üstünlük verirəm. Bu gün karyeramı bitirdiyimi elan etmək istəyirəm. Çox xoşbəxtəm, çox qürurluyam. Düşünürəm ki, belə bir karyera, belə bir futbol həyatı hər bir gəncin arzusudur. Allaha şükür edirəm ki, mənə nəsib edib”.
O, karyerası ərzində Türkiyənin “Antalyaspor”, “Beşiktaş”, “Manisaspor”, “Fənərbaxça”, “Eskişehirspor”, “Qalatasaray” və “Trabzonspor”, Çinin “Beytsin Qoan”, Fransanın “Lill” və Niderlandın “Fortuna Sittard” klublarında çıxış edib.
Mina Musayeva
