“Sumqayıt”dan ilk transfer
05.06.2023 , 21:52

2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komanda son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.
