Bundesliqa klubunda yeni müqavilə
08.05.2021 , 16:44
“Leypsiq” futbolçusu Peter Qulaçinin müqaviləsini yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qapıçı ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qulaçi 2015-ci ildən “Leypsiq”də çıxış edirdi.