"Trabzonspor"dan ayrılan Halil Altıntop özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, 30 yaşlı forvard Almaniyanın "Auqsburq" klubu ilə anlaşıb. Müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, Almaniyada dünyaya göz açan H.Altıntop "Kayzerslautern", "Şalke" və "Ayntraxt" kimi klubların formalarını geyinib.