big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Buffon: “Müdafiə ilə seks bir-birinə bənzəyir, birində topa doğru həmlə edirsən…” – UNUDULMAZ SÖZLƏR

16.04.2015 , 11:00

Bilmirəm, nədəndir, amma futbol adamlarının ən çox sevdiyi şeylərdən biri də danışmaqdır. Düzdür, ağzına gələni də deyən var, ağlına gələni də. Bəziləri hətta meydanda göstərdiklərindən çox, ondan kənarda dedikləri ilə yadda qalıblar. Hə, amma  hərdən elə açıqlamalar da olur ki, uzun müddət yaddaşlardan silinmir, dillər əzbəri olur. Onlardan bəzilərini sizə təqdim etmək istəyirəm.

Sokrates: “Korintians”ın çempion olduğu bir bazar günü ölmək istəyirəm”. (Maraqlıdır ki, bu məşhur futbolçu arzuladığlı şəkildə, yəni “Korintians”ın çempion olduğu bir bazar günü həyata gözlərini yumdu. 4 dekabr, 2011)

Alpay Özalan: “Hakan Şükür mənə “Burnumu sən sındırdın?”, – deyə sual verdi. Mən də qorxumdan “yox” dedim. Amma o an Hakanın burnu yanağında idi. Məncə, belə burnu daha yaxşı oldu. Həm də bu bəhanə ilə burnundakı ətdən qurtuldu”.

Kriştianu Ronaldo: ”İnsanlar mənim özüm və pul üçün oynadığımı söyləyirlər. Halbuki, atam mənlə qürur duysun deyə oynayıram.”

Luis Suares: “Bundan cəmi 4 il öncəyə qədər “Play Station”da sırf Cerardı idarə edə bilmək üçün “Liverpul”u seçirdim, indi isə bir komandada oynayırıq”.

Mario Balotelli: “İtaliya milli komandasında oynamaqdan daha gözəl bir şey varsa, o da Pirlo kimi sehirbazla eyni komandada çıxış etməkdir”.

Canluici Buffon: “Müdafiə ilə seks bir-birinə çox bənzəyir. Birində topa doğru həmlə edirsən, digərində isə qarşındakına. Bax, İtaliya futbolunun təməl prinsipi budur”.

Ser Aleks Fergüsson: “Mənə Zidanın yanında 10 dənə odun verin, yenə də Çempionlar Liqasını qazanaram”.

Eduardo Qalyano: “Mən sadə futbol dilənçisiyəm. Əlimdə papağım, dünyanın dörd bir tərəfini gəzir və stadionlarda yalvarıram: “Tanrı rizası üçün, gözəl bir matç”.

Xosep Qvardiola: “Barselona”da ikən Messini dünyanın ən güclü futbolçusu etməyə çalışdım, amma əksi oldu – Messi məni dünyanın ən güclü baş məşqçisi etdi”.

Joze Mourinyo: “Qazanmağı adət halına çevirənlər uduzmağı bacarmaz.  Mən bundan əvvəl uduzdum,  uduzmağı çox yaxşı bilirəm. İndi isə uduzmaq növbəsi onlardadır”.

Erik Kantona: “Mən təkcə bir komandaya yox, məğlubiyyət məsələsinə qarşıyam”.

Samuel Eto`O: “Mən sizə qol vuracağıma söz verə bilmərəm, amma əmin ola bilərsiz ki, sabah ağdərili kimi yaşamaq istəyən qaradərili qədər qaçacağam”.

Françesko Totti: “Bir gecədə altı qızla görüşdüm, hamısına bir-biri ilə xəyanət etdim, amma “Roma”ya  heç vaxt xəyanət etməmişəm. Etməyəcəm də”.

Massimo Moratti (“İnter”in sabiq prezidenti): “Skoulz üçün təklif göndərdiyim zaman mənə qısa bir cavab verdi: “Sizin üçün çıxış etməyimi istəyirsinizsə, “Mançester Yunayted”in səhmdarı olmalısınız”.

Zlatan İbrahimoviç: “Arsen Venger məni 17 yaşında ikən “Arsenal”a sınamaq üçün çağırdı.  Təklifini rədd etdim. Nə fikirləşirdi ki? Zlatanın sınağa ehtiyacı olduğunu? O şeylər mənim üçün 10 yaşımda qalıb”. 

Stiven Cerard: “Mən o medal üçün sənin kimi rəqib komandaya transfer olmadım. İndi sən söylə, sənin Çempionlar Liqası medalın hardadır?” (Robin van Persinin “Premyer Liqa medalın hardadır?” sualına verdiyi cavab)

Florentino Peres: (“Real”ın (Madrid) prezidenti) “Əzəli rəqibimiz “Barselona” olmasaydı, onları biz yaradardıq”.

Devid Bekhem: “Bir dəfə Messi topu sağımdan atıb, solumdan sürətlə keçmişdi. O gün futbolu atmalı olduğu anlamışdım”.

Didye Droqba: “Gün gələcək, məni transfer edə biləcək qədər varlı klubun başına keçəcəksən”. (Joze Mourinyonun “Porto”nu çalışdırdığı vaxtlarda ona ünvanladığı “Komandam səni transfer edə biləcək səviyyədə deyil. Kot d`İvuarda sənin kimi oynayan bilən qohumun var?” sualına verdiyi cavab)

George Haci: “Mən “Qalatasaray”a gəlmədim, “Qalatasaray”lı oldum.  “Qalatasaray”ı hiss etməyə başladığım gün imzasını qəlbimə atdı”.

Ser Aleks Fergüsson: “Futbol statistikaları mini yubkaya oxşayır, çox şeyi göstərir, amma əsas maraqlı olan şeyi göstərməz”.

Neymar: “Coey Bartonun kim olduğunu bilmirəm.” (Barton Neymarın həddindən artıq şişirdildiyini söyləmişdi)

Zinəddin Zidan:  “Oğlumla evimin həyətində futbol oynayarkən ikimizdə ən sevdiyimiz futbolçular olardı.  Oğlum mən olardı, mən isə Ronaldo”.

Mişel Platini: “Böyük komandalar qazandığı kuboklarla, kiçik komandalar isə məğlub etdikləri böyük komandalarla öyünər”.

Dieqo Armando Maradona: “Boka Xuniors” – “River Pleyt” derbisi “El Klasiko”dan çox fərqlidir. Sinəm yanırmış kimi hiss edirəm, Julio Robertslə yatmaq kimi bir şeydir”. 

Peter Krauç: “Futbolçu olmasaydım, kim olardım? Yəqin ki, bakir”.

Corc Best: “Kimə “3 nəfəri aldadıb, 30 metrdən “Liverpul”a qol vurmaq, yoxsa dünya gözəlini yatağa atmaq?” sualını versəniz, qərar verməsi çətin olardı. Mən ikisini də elədim, amma birinci 50 min nəfərin gözü qarşısında baş tutdu”.

Hazırladı: Ürfan Məmmədzadə

Son yazılar

To Top