"Neftçi"nin yeni transferi Bruno Bertuççi dünən "Zestafoni" ilə oyundan (3:0) sonra Korner.az-a müsahibə verib.
– İlk olaraq oyun haqda fikirlərini bilmək istəyərdim..
Gözləmirdik belə qələbə qazanacağımızı və yaxşı oynayıb böyükhesablı nəticə əldə etdik. Bu gün biz meydanda nə istədiksə etdik.
– Komandada debüt matçına çıxırdın. Bununla bağlı təəsüratların necədi?
Əladı. Çox ama çox yaxşı ab-hava var idi stadionda. Azarkeşlər sona kimi komandanı dəstəklədi və nəticədə də qələbə qazandıq. Bu oyunda azarkeşlərə söz ola bilməzdi. Bu gün əla oyun oynayıb möhtəşəm qələbə qazandıq
– Böyükehsablı qələbədən sonra Tiflisə daha rahat yollanacaqsınız.
Təbii ki, biz orda müdafiə futbolu oynamağa getməyəcəyik. Üstünlük biz tərəfdə olsa da, cavab oyununda da qələbəyə oynayacağıq.
– Bu qələbədən sonra demək olar ki, "Neftçi" növbəti mərhələdədi?
Yox. Gəlin rəqibə hörmətlə yanaşaq. Futbol 90 dəqiqədir və cavab oyunu var hələ. Lakin işin 90% həll etmişik.
– Bakı haqqında nə deyərdin?
Gözəl şəhəriniz var. Mən gördüyüm yerlər haqda artıq xoş fikilərdəyəm. Mehriban insanlar və gözəl şəhər olan yerdə yaxşı futbol oynamamaq günahdır. (gülür)
Səxavət QURBANOV