Avropa Liqası çərçivəsində bu gün keçiriləcək “Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) matçını yayımlayacaq kanal bəlli olub.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlər görüşü həm “İdman Azərbaycan”, həm də Türkiyənin Star telekanalı vasitəsi ilə izləyə biləcəklər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 22.00-da başlayacaq matçın cavab görüşü bir həftə sonra Türkiyədə baş tutacaq.