Dünya çempionatının yarımfinalında üz-üzə gələn Braziliya-Almaniya oyunundan sonra intihar hadisəsi baş verib.
Korner.az-ın məlumatına görə, Braziliya yığmasının azarkeşi olan 10-cu sinif şagirdi özünü öldürüb. Praqya Thapa adlı bu şəxs özünü yaşadığı evin tavanından asıb.
Qeyd edək ki, iyunun 9-da dünya çempionatının yarımfinal mərhələsində Braziliya yığması Almaniya millisinə 7:1 hesabı ilə məğlub olmuşdu.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)