big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Böyükağa Hacıyev: “Şübhələr doğrulsa, birinci gün elə açıqlama verəcəm ki…”

22.02.2013 , 12:13

"İnter"lə oyun bizim üçün vacib oyundu. Ancaq deməzdim ki, ancaq bu oyun bizim üçün bu qədər önəmlidi. Biz sabahkı oyunda qələbə qazanmaqla öz gücümüzü göstərmək istəyirik".

Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "İnter"lə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

"Ağ-qaralar"ın çalışdırıcısı Premyer Liqada "Neftçi"yə rəqib elə "Neftçi"nin özü olduğunu bir daha bildirərək, bunları deyib:

"Mən yenə deyirəm, çempionatda "Neftçi"nin rəqibi elə "Neftçi"nin özüdü. Keçən il "Xəzər Lənkəran"la çempionluq yolunda qızğın mübarizələr oldu. Ancaq bu dəfə bizimlə "İnter" rəqabət aparacaq. "Xəzər Lənkəran" isə hələ "ilk altılığ"a düşmək uğrunda mübarizə aparır. Mənim Kanales kimi hücumda silahım var. Onu topla təmin edə biləcək Rəşad Sadiqov, Flavinyo kimi oyunçularım var".

Hacıyev "İnter"in oyununu da dəyərləndirib:

"İnter"də elə bir futbolçu yoxdur ki, deyim ki, bu fərqlənir. Onlar komanda şəkilində daha yaxşı mübarizə aparırlar. Əgər Rəşad Sadiqov Milanda "İnter"ə 30 metrdən qol vurursa, Bakı "İnter"inə gərək 50 metrdən vursun".

"Zəif" ləqəbli çalışdırıcıya ünvanlanan "Rəvan"la bu stadionda keçirdiyiniz oyundan sonra demişdiniz ki, gürcü məşqçilər Azərbaycanda "at oynadırlar", onlara yerlərini göstərmək istəyirdiniz. Ancaq indi ehtiyatlı danışırsız. Niyə?" – sualına Hacıyevin cavabı belə olub:

"Mənim prinsipim bir olub: vur məni, vurum səni. Həmişə açıq futbol oynatmışam. Sabah da rəqibə açıq futbol təklif edəcəm, görək onlar nə oynayacaqlar".

"İlk altılığ"a son iki yerə 4 namizəd var, siz hansı komandaları "altılıq"da görmək istəyirsiz?" – sualına Böyükağa Hacıyev belə cavab verib:

"Mən mətbuatdan oxuyuram ki, bəzi klublar sövdələşməyə gedirlər. Ayıbdı bu işlər. Mən bu tur keçiriləcək oyunları gözləyirəm. Şübhələr doğrulsa, birinci gün elə açıqlama verəcəm ki… "Xəzər Lənkəran"lılar deyirdilər ki, hamıya uduzsaq da olar, bircə "Neftçi"ni udaq. Buyurun, "Neftçi"ni uddunuz, ancaq "altılıq"a düşə bilmirsiniz. Mən millətçiyəm. Əgər əcnəbinin çalışdırdığı klub "altılığ"a düşə bilmirsə, indidən göndərmək lazımdı evinə".

Son yazılar

To Top