Böyükağa Hacıyev səhvini etiraf etdi
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Neftçi" "Sumqayıt" oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, çalışdırıcı hazırda "Partizan"la oyuna daha çox diqqət ayırdıqlarını deyib.
"Kim demişdi Raaba ki arının pətəyinə çöp soxsun? Belə oyunlara geniş şərh vermək düzgün deyil. Bizi indi "Partizan"la oyun maraqlandırır. Kanalesin epizodunda oyundan kənar vəziyyət yox idi. Etiraz etdim və hakim də haqlı olaraq məni tribunaya göndərdi. Amma mənim yaşıma bağışlaya bilərdi".