“Bu gün də bir-birindən fərqli hissələr oynanıldı. İkinci yarıda yenə 5-6 oyunçunu əvəzlədim. Açıq deyirəm, fasilədən sonra nümayiş etdirdiyimiz oyundan narazı qaldım”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” – “Tournava” matçından sonra jurnalistlərə açıqlamasında “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev bildirib ki, əvəzetmədən meydana çıxan futbolçular etimadı doğrultmayıblar: “Biz işləyəcəyik, baş sındıracağıq bu işin üzərində. Ancaq gəlin etiraf edək ki, birinci hissədə “Neftçi” bütün kompanentlərdə rəqibindən güclü idi. Çalışacağıq ki, ayın 26-dan sonra komandanı tam komplektləşdirək. “Neftçi” hələ ki çempionatın davamına 60 faiz hazırdı. Yəqin ki, fevralın 1-dək bu göstərici 80-85-ə yüksələcək”.
Saleh Arslan
Antalya