“Qarabağ” yaxşı komandadır, yaralı aslanı xatırladır.
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa hacıyev Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən "Neftçi"-"Qarabağ" oyunun şərh edərkən bildirib.
“Qarabağ” yaxşı komandadır, yaralı aslanı xatırladır. Rəqibimiz, düzgün olaraq, müdafiədən oynadı, əldə etdiyi qol imkanından maksimum yararlandı. Hücumların sonluğun gətirə bilmirdik. Düşünürəm ki, “Neftçi”yə rəqib elə “Neftçi”nin özüdür. Çempionatda “Neftçi”yə rəqib olmadığını may ayında bir daha sübut edəcəm. İnanıram ki, komanda bu məğlubiyyətdən sonra toparlanacaq”.