"Xəzər Lənkəran" rumın futbolçusu Adrian Manuel Skarlatakenin müqaviləsini uzadıb.
Korner.az-ın məlumatına görə, yeni imzalanan müqavilə 2015/2016 mövsümünün sonuna kimi nəzərdə tutulub.
2011-ci ilin fevralında "Xəzər Lənkəran"da debüt edən 27 yaşlı Skarlatake komandanın heyətində bu günə kimi 78 oyun keçirib və 10 qol vurub.