“Borussiya”dan iki yeni transfer
29.06.2023 , 15:32

“Borussiya” (Mönhenqladbah) heyətini iki yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Robin Hak və Fabio Çiarodianı heyətinə qatıb.
Hak “Arminiya”dan, Çiarodia isə “Verder”dən transfer olunub. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Mönhenqladbahlılar Robinin transferi üçün 1,1, Fabionun keçidinə görə 2 milyon avro ödəyiblər.
