“Borussiya”da yeni futbolçu
27.05.2022 , 17:48

“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi azad agent olan Aleksander Meyeri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Onun son klubu “Regensburq” olub.
