Çempionlar Liqasının ilk finalçısı Dortmundun “Borussiya” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Madrid “Real”ıilə cavab matçında zədələnərək meydanı tərk edən Mario Götzenin mövsümü qapadığı bildirilir.
Dortmun təmsilçisinin baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında Götzeni tez bir zamanda sağaldaraq final matçına hazır etmək üçün zamanla yarışacaqlarını bildirib.
Qeyd edək ki, mayın 25 Londondakı “Uembli” stadionundakı final matçında “Borussiya” digər alman nəhəngi “Bavariya” ilə qarşılaşacaq.
