Boksçumuzdan bürünc medal
30.06.2023 , 19:28
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
Korner.az xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançımız finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.
Ardıcıl olaraq Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran M.Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.
Bu gün daha bir boksçumuz yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.