Azərbaycan birinci divizionunda dördüncü turun oyunlarına start verilib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Şuşa”nı qəbul edən “Qaradağ” minimal hesabla qalib gəlib – 1:0. Turun digər matçında “Lokomotiv” səfərdə “Göyəzən”i darmadağın edib – 4:0.
“Şahdağ” – “Bakılı” qarşılaşması 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.
25 sentyabr
Birinci divizion, 4-cü tur
“Qaradağ” – “Şuşa” – 1:0
Qol: Yasin Yaqubzadə, 10 (1:0)
“Şahdağ” – “Bakılı” – 0:0
“Göyəzən” – “Lokomotiv” – 0:4
Qollar: Qoşqar Sarıyev, 42 (0:1), Rəşad Piriyev, 44 (0:2), 73 (0:3), 83 (0:4)
