big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Bir qətlin əks-sədası – YAZI

12.06.2016 , 08:47

“Cinayət sosial quruluşun anormallığına qarşı etirazdır”
(F.Dostoyevski. “Cinayət və cəza”)

Sürü instinkti
Epiqrafdakı ifadənin müxtəlif yozumları ola bilər. Allahın izni ilə birini də mən deyim, daha doğrusu, təsvir edim. Müasir dövrdə bir çox məhfumlar transformasiyaya uğrayıb, o cümlədən kişilik anlayışı da. Əvvəllər bir neçə dəliqanlı birini qara dalanda pusquya salıb kötəkləyəndə bütün məhəllə onlara artıq tam başqa münasibətdə olurdu, bəzən isə hətta üzlərinə qarşı “arvadsuz, ala!” tənəsini vururdular. İndi isə tam başqa dövrandı. Təkbətək məsələni çürüdənlərin sayı azalır, sürü instinktinə mübtəla olub “arvadlaşanların” sayı isə durmadan artır. Ötən ilin avqustunda jurnalist Rasim Əliyevin ölümü də bu “arvadlaşma” tendensiyasının bariz nümunəsidir. Beşi birini təkləyir, özlərini kişi bilib, nakişilik edirlər. Bəli, bu qətl də, bir növ, “sosial quruluşun anormallığına qarşı” yönələn hadisə idi. Amma dolayısı ilə. Əslində, cəmiyyətə növbəti sillə vuruldu. Bayılan, dili qatlanan binəvanı ayıltmaq üçün vurulan sillələrdən idi bu. Gərək bayılan ayılaydı, heç olmasa həyatda olduğuna dair bir işarə verəydi. Amma hadisələr tam başqa bir məcrada cərəyan etdi. Təəssüf.

Nə yatdı ki, nə yuxu görsün?
Qətllə bağlı artıq məhkəmə keçirilib, hökm də oxunub. Dünyəvi və hüquqi dövlətdə yaşadığımızı nəzərə alaraq bunu bir fakt kimi qəbul etməliyik. Amma eyni zamanda baş verənlərə, xüsusən də “Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun məhkəmənin qərarı ilə 4 il azadlıqdan məhrum edilməsinə bir sözardı deməyə də haqqımız çatır.
Beləliklə, Cavid Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrinə əsasən məhkum edildi. Əvvəlcə, 307.1 haqqında. Bugünlərdə Cavidin cinayəti törədənlərlə bir yazışması mediada yer aldı. Aydın görünürdü ki, əslində futbolçu bu məsələnin həddindən artıq şişirdilməsinin əleyhinədir. Amma olan oldu, öləni də geri qaytarmaq olmaz. Cavidin xəbərdarlıqları nəticəsiz qaldı. Amma Hüseynovun bu mövqeyionu müttəhimlər kürsüsündən və dəmir barmaqlıqlar arxasından xilas edə bilmədi. Niyə? Hansı səbəbdən? Nə üçün məhkəmə bu reallığı nəzərə almadı? Bəlkə qətlin hətta Avropada geniş rezonans doğurduğunu, qətlə yetirilənin isə müxalifət cəbhəsində olmasını nəzərə aldı, başını ağrıtmaq istəmədi? Yoxsa “baxın, hamını basdıq içəri” prinsipi ilə hərəkət etdi?
İndi də keçək 307.2 maddəsinə. “Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”. Qətlin baş verməsi ilə onu kimlər tərəfindən törədilməsinin bəlli olması arasında nə qədər vaxt keçmişdi? Nəzərə alsaq ki, Rasim Əliyevi avqustun 8-də döymüşdülər, artıq 1 gün sonra isə Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov saxlanılmışdı, o zaman Cavid nə zaman və kimə nə xəbəri verməliydi ki? Rasim Əliyev avqustun 9-da səhərə yaxın dünyasını dəyişib, elə həmin gün də Elşən İsmayılov həbs edilib. Yəni… Bir cümləsini epiqraf kimi istifadə etdiyimiz əsərdə belə bir ifadəyə də rast gəlmək olur: “Yüz dovşandan heç vaxt bir at əmələ gəlmir, yüz şübhədən heç vaxt sübut əmələ gəlmir” (orijinalda belədir: “Изо ста кроликов никогда не составится лошадь, изо ста подозрений никогда не составится доказательства”). Əslində, nə demək istədiyimiz, yəqin ki, bəlli oldu. 

Biz vəkil deyilik
Bir məsələyə də mütləq aydınlıq gətirməliyik. Elə anlaşılmasın ki, biz Cavid Hüseynovun timsalında, ümumiyyətlə, bütün futbol əhlinin vəkili qismində çıxış edirik, iddia edirik ki, futbolçular məsumdurlar. Əsla! Cinayət törədən cəzasını çəkməlidir. Heç kimə güzəşt olunmamalıdır. Lap elə Araz Abdullayevə də. Yəqin ki, xatırlayırsınız. 2013-cü ilin martında futbolçu yüksək sürətlə hərəkət edən avtomobili ilə 2 süpürgəçi qadını vurmuşdu, nəticədə onlardan biri elə yerindəcə dünyasını dəyişmişdi. Əlbəttə, sükan arxasında başqa birisi olsaydı, indi də həbsxana həyatı yaşayardı. Amma Arazı xilas etdilər. Necə? Nə üçün? Onun nəyi eyni cinayəti işləyib zindan həyatı sürməyə məhkum edilən digər Azərbaycan vətəndaşlarından artıq idi? Ya öldürdüyü, qanına qəltan etdiyi insanların əlində süpürgə olması onun cəzasızlığına səbəb oldu? Bəs hanı o ƏDALƏT? O ədalət ki, Cavidi zindana apardı. Yəni doğrudanmı birinin xilasına, digərinin isə süqutuna ölənlərin peşəsi səbəb oldu? Hanı da, hanı ədalət? Birisi 2013-cü ilin martından torpağın altında, onu vurub öldürən isə daha bahalı avtomobilin sükanı arxasında. Budurmu ədalət? Bir daha təkrar edək: biz heç kimi nə törtədiyi cinayətə görə müdafiə, nə də kimisə günahsız olduğu halda ittiham etmək fikrində deyilik. Ağa ağ, qaraya qara demək lazımdı. Vəssalam.

P.S. Yazıya kişi söhbəti ilə başlamışdıq. Elə bu söhbətlə də bitirək. Öz aramızdı, amma bir zamanlar qələt edəndən sonra çıxıb kişi kimi “bunu mən etmişəm” deyən kişilər də olub. Vicdanlı kişilər. Vallah, olub…

Son yazılar

To Top