Dünən
keçirilən “Beşiktaş” – “Qalatasaray” oyunundan sonra “Beşiktaş”ın portuqaliyalı
futbolçusu Fernandes ağır zədə alıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinin
ulduz futbolçusu Fernandes ən azı 2 həftə yaşıl meydanlardan uzağ qalacaq.
Portuqaliyalı Manuel Fernandes növbəti turlarda “Antalyaspor” və “Eskişeherspor”
ilə keçiriləcək oyunlarda forma geyinməyəcək.