"Volsburq" klubunun futbolçusu Cunior Malanda həyatını itirib.
Korner.az-ın məlumatına görə, 20 yaşlı futbolçu yol qəzasına uğrayıb. Malanda və dostlarının olduğu maşın sürət həddini aşaraq ağaca çırpılıb. Alman polisinin "Bild" qəzetinə verdiyi məlumata əsasən, avtomobildə olan 3 nəfərdən yalnız biri həlak olub. Malandanın dostlarını ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Xatırladaq ki, Cunior Malanda ilə "Beşiktaş" klubu yaxından maraqlanırdı.