“Beşiktaş”dan 3 cavabsız qol
27.06.2020 , 16:59

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Beşiktaş” evdə “Konyaspor”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Beşiktaş” hazırda 50 xalla 5-ci pillədə qərarlaşır.
“Beşiktaş” – “Konyaspor” – 3:0
Qollar: Burak Yılmaz, 40, Abdulay Diabi, 45+2, Jermeyn Lens, 52
Qırmızı vərəqə: Amir Hacıəhmədoviç, 15 (“Konyaspor”)
