“Beşiktaş” onu icarəyə verdi
21.01.2024 , 18:44
“Beşiktaş” yarımmüdafiəçisi Kerem Atakan Kesgini icarəyə verib.
Korner.az xəbər verir ki, o, karyerasını “Sivasspor”da davam etdirəcək.
Futbolçu 2023/24 mövsümünün sonuna qədər Sivas təmsilçisinin şərəfini qoruyacaq.
Kerem Atakan Kesgin bu mövsüm “Beşiktaş”ın heyətində 6 oyun keçirib və fərqlənə bilməyib.