“Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “qara qartal” “Sivasspor”un nigeriyalı hücumçusu Maykl Eneramonu heyətinə qatıb. Futbolçu dünən tibbi müayinədən keçdikdən sonra iki illik müqaviləyə qol çəkib. Əgər təcrübəli hücumçu yeni mövsümdə azı 30 oyunda meydanda yer alacağı təqdirdə müqaviləsi daha bir il uzadılacaq.