“Beşiktaş” “Milan”dan futbolçu alır
08.01.2019 , 21:05

“Beşiktaş” Burak Yılmaz və İsimat Mirinin ardından daha bir transfer etməyə hazırlaşır.
İstanbul təmsilçisi “Milan”ın futbolçusu Alen Haliloviçi heyətinə cəlb etməyə yaxındır.
Klub prezidenti Fikrət Ormanın İtaliyaya gedərək “Milan”ın nümayəndələri ilə görüşdüyü və razılıq əldə olunduğu bildirilir. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi ötən ilin iyul ayından “Milan”da çıxış edir.
