Dünən oynanılan “Beşiktaş” – “Konyaspor” matçından sonra insident yaşanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki “Konyaspor”lu azarkeş oyundan sonra mübahisə ediblər və biri digərini bıçaqlayıb.
O, xəstəxanaya aparılıb və vəziyyəti normaldır. Qeyd edək ki, oyun 3:1 hesabı ilə “Beşiktaş”ın xeyrinə bitib.
