“Beşiktaş” Buksa üçün hərəkətə keçdi
03.07.2024 , 23:08
“Beşiktaş” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsümü icarə əsasında “Antalyaspor”da keçirən Adam Buksanı transfer gündəminə gətirib.
Türkiyə mediasında yayılan xəbərə görə, klubun polşalı ulduzla əlaqə saxladığı bildirilir.
Tərəflər razılığa gələrsə, keçidin baş tutacağı gözlənilir.
Buksa “Antalyaspor”da 16 qol vurub, 2 məhsuldar ötürmə edib.
İcarə müqaviləsi başa çatdıqdan sonra polşalı oyunçu “Lens”ə qayıdıb. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Mina Musayeva