Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. Görüşlə bağlı Berti Foqts qeyd edib ki, Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur: "Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, V.Cavadova ikinci dəfə şans verilməlidir ".
