Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın "Bavariya" klubunun yayda postunu tərk edəcək baş məşqçisi Yupp Haynkesə əvəzləyici tapmasına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Foqts Münhen təsmilçisinin baş məşqçisi olacaq Pep Qvardiolanın "Bavariya" üçün uğurlu seçim sayıb:
“Bavariya”nın ispaniyalı mütəxəssis Pep Qvardiola ilə anlaşmasına təəccüblənmədim. Qvardiola kimi mütəxəssisin gəlməsi Bundesliqa üçün böyük işdir. Düşünürəm ki, ispaniyalı alman futboluna xas oyun üslubunu dəyişməyəcək. Sadəcə, ona əlavə impuls verəcək”.