Ötən il futbolçu karyerasını başa vuran Devid Bekhem klub yaradıb.
Korner.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, Amerikada şəxs futbol komandasını yaratdığını keçirdiyi mətbuat konfransında açıqlayıb.
Komandanın adı hələlik qoyulmasa da, Mayamini təmsil edəcək. ABŞ-ın Əsas Futbol Liqası sayılan MLS-də çıxış edəcək komanda üçün yaxın zamanda şəxsi vəsait hesabına stadion tikintisinə başlanılacaq.
Qeyd edək ki, artıq NBA ulduzu Lebron Ceyms belə bir layihəyə sərmayə qoymaqda maraqlı olduğunu bildirib.
