“Bavariya”nın təklifini rədd etdi
02.05.2024 , 15:50
Avstriya Futbol Federasiyası Ralf Ranqniki qalmağa razı salıb.
Korner.az xəbər verir ki, bir müddətdir, “Bavariya” ilə danışıqlar aparan alman çalışdırıcı gələcəyi ilə bağlı qərarını verib.
Avstriya Futbol Federasiyası Münhen klubunun danışıqlar apardığı Ralf Ranqnikin getməyəcəyini açıqlayıb.
“Bavariya” ilə görüşən 65 yaşlı çalışdırıcı alman nəhənginə təşəkkür edib və masadan ayrılıb.
Avstriya Milli Komandası ilə ümumilikdə 20 matça çıxan Ranqnik 12 qələbə, 3 heç-heçə və 5 uduzub.