Münxenin "Bavariya" və Avropa Klublar Birliyinin (ECA) prezidenti Karl Haynts Rummenige "Bakı" futbol klubunun yeni il münasibəti ilə təbrik edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin məktubun təfərrüatını sizin diqqətinizə çatdırır:
"Klubunuzun futbolun inkişafına yönələn addımlarını diqqətlə izləyir və dəstəkləyirəm.
Başa çatmaqda olan ilin dinamik, maraqlı və inteqrasiya baxımından uğurlu olduğunu qeyd etmək etməklə bərabər, bu istiqamətdə fəaliyyətinizə görə təşəkkür edirəm.
Sizə yeni ildə inkişaf və uğurlar diləyirəm.
Yeni 2013-cü ilin klubunuz üçün hərtərəfli yüksəliş ili olmasını arzulayıram."
Hörmətlə,
Karl Haynts Rummenige