BATE – “Qarabağ” oyununa maraq böyükdür
13.08.2018 , 18:30

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq.
13 min 126 nəfərlik azarkeş tutumuna sahib “Borisov Arena”da keçiriləcək qarşılaşmaya bilet satışı davam edir.
BATE – “Qarabağ” matçına ən baha bilet 15 Belarus rublu (12,36 azn) təşkil edir. Ən ucuz bilet isə 6 rubldur.
Oyuna böyük maraq olduğu qeyd edilir.
BATE – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.
