“Barselona” Xorvatiya millisinin 17 yaşlı parlayan ulduzu Alen Xaliloviç uğrunda mübarizədə qalib gəlib.
Korner.az-ın məlumatına görə, Zaqreb “Dinamo”sunun futbolçusu ilə 5 illik müqavilə bağlanıb. Klubun rəsmi saytı xəbəri təsdiqləyib.
“Barselona” Xaliloviçin transferinə görə 2,2 milyon avro ödəyib. “Balkan Messisi” adlandırılan futbolçu “Barselona”ya keçdiyi üçün xoşbəxt olduğunu bildirib: “Hələ də buna inana bilmirəm.
