“Barselona”dan “Everton”a
09.08.2018 , 19:09

“Barselona”nın 2 futbolçusu – Andre Qomeş və Yerri Mina “Everton”a transfer edilə bilər.
İspaniya mətbuatının yaydığı məlumata görə, oyunçular tibbi müayinədən keçəcəklər. Onların yaxın saatlarda İngiltərə klubu ilə müqavilə imzalayacağı iddia olunur.
Qeyd edək ki, Qomeş və Minanın “Everton”da icarə əsasında oynayacağı gözlənilir.
