“Barselona” “Nou Kamp”ın adını satır
01.12.2018 , 17:56

“Barselona” ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun adını satmağa hazırlaşır.
Stadionun adını “Grifols” əczaçı şirkəti almaq istəyir. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.
Yaxın həftələrdə satışın baş tutacağı gözlənilir. “Barselona” bu satışdan 300 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, 1957-ci ildə inşa edilən arena 2001-ci ilə qədər “Estadio del “Barselona” adlanırdı.
