“Barselona” kolumbiyalı yarımmüdafəçi Xuan Kuadradonu heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, yarımmüdafiə xəttində yaranan boşluqları doldurmağa çalışan kataloniyalılar Kuadradoya görə “Fiorentina” ilə danışıqlara başlayıb. “Barsa”nın yarımmüdafiəçiyə görə 35 milyon avrodan keçəcəyi bildirilir.