“Barselona” Çempionlar Liqasının qalibi oldu
12.10.2020 , 14:57

“Barselona” futzal üzrə Çempionlar Liqasının qalibi olub.
Kataloniya təmsilçisi finalda “El Poso”nu məğlubiyyətə uğradıb – 2:1. Barselona 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb.
Onlar yarımfinalda müvafiq olaraq, Rusiyanın KPRF və “Tümen” komandalarını üstələyiblər.
III yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub – 3:1.
