“Futbolçularımın əhval-ruhiyyəsi yüksəkdi. Onlar çətinliyin yarana biləcəyini başa düşürlər. Biz xal itkiləri barədə düşünmürük, amma bu futboldu, hər şey mümkündü”
Korner.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike “Football Espana” nəşrinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis komandasının böhranda olduğunu düşünmədiyini bildirib:
“Düşünmürəm ki, “Barselona” bir neçə oyun böhranda idi. Çətin keçiridiyimiz 3 oyun oldu. Deməzdim ki, “Betis” və “Real Sosyedad” “Real”ın çempionluğunu istəyir. Liqada qalib 3 turdan sonra ən yüksək nəticə gösətərən komanda olur”
