“Yuventus” komandada icarə əsasında çıxış edən Mario Leminanı birdəfəlik alıb.
Korner.az-ın məlumatına görə, bu transfer üçün Turin təmsilçisi 22 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Marsel”ə 9 milyon 500 min avro təzminat ödəyib. M.Lemina ilə 4 illik müqavilə imzalanıb.
Lemina bu mövsüm oynadığı 15 matçda 2 qol vurub.
