Balayevli “Tobol”dan xal itkisi
30.10.2019 , 17:24

Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” səfərdə “Kaysar”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Tobol” hazırda 60 xalla 3-cü pillədə qərarlaşıb.
